Ucnoqta.az
www.ucnoqta.az

UNESKO Ukraynaya 1,5 milyon dollar ayıracaq

12:19 - 1 İyun 2023 tarixində dərc olunub.

Ukrayna mədəni irsin rəqəmsallaşdırılması üçün UNESKO-dan yardım alacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna hökumətinin Telegram-kanalında məlumat verilib.

YUNESKO-nun İrs Fövqəladə Hallar Fondu Ukraynanın mədəni irsinin rəqəmsallaşdırılması üçün 1,5 milyon dollar ayıracaq.

Həmçinin qeyd edilir ki, YUNESKO artıq birinci mərhələdə, 2023-cü ilin iyul ayına kimi server infrastrukturunun inkişafı üçün lazımi texniki avadanlıq və proqram təminatının 40%-ni, eləcə də bütün prosesləri müşayiət edəcək beynəlxalq məsləhətçiləri təmin edəcək.

Müəllif: Ucnoqta.az redaksiyası