Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə qəza olub, xəsarət alanlar var

19:37 - 31 May 2023 tarixində dərc olunub.

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan iki minik maşını toqquşub. Qəza zamanı xəsarət alanların olduğu bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası