Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda minik maşını aşıb, xəsarət alanlar var - FOTO

18:42 - 31 May 2023 tarixində dərc olunub.

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsindən qeydə alınıb. Hərəkətdə olan minik maşını idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası