Ucnoqta.az
www.ucnoqta.az

İki futbolçu "Qarabağ"dan ayrıldı

11:22 - 31 May 2023 tarixində dərc olunub.

"Qarabağ" futbol klubu Ramil Şeydayev və Filip Ozobiçlə vidalaşıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi feysbuk hesabı paylaşım edib.

Belə ki, hər iki oyunçu ilə müqavilələrinin başa çatdığı bildirilir. Onlara xidmətlərinə görə təşəkkür edilib və gələcək karyeralarında uğurlar arzulayıb.

Müəllif: Ucnoqta.az redaksiyası