Ucnoqta.az
www.ucnoqta.az

Finlandiyanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

20:35 - 30 May 2023 tarixində dərc olunub.

Finlandiyanın səfiri Antti Helanterya Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

“Mayın 30-da Finlandiyanın Moskvadakı səfiri A.Helanterya Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb”, - məlumatda deyilir.

Ona iyulun 1-dən Rusiyanın Lappeenrantadakı səfirliyinin ofisinin bağlanması barədə məlumat verilib. Həmçinin, Finlandiya tərəfinə Finlandiya Baş Konsulluğunun Petrozavodsk və Murmansk filiallarının fəaliyyətinin geri çağırılması barədə məlumat verilib.

Müəllif: Ucnoqta.az redaksiyası