Ucnoqta.az
www.ucnoqta.az

Yağış, külək, şimşək ... - XƏBƏRDARLIQ

19:42 - 30 May 2023 tarixində dərc olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Ucnoqta.az nazirliyə istindaən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında mayın 31-dən iyunun 1-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Mayın 31-i gündüz şimal və qərb rayonlarından başlayaraq iyunun 3-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Müəllif: Ucnoqta.az redaksiyası