Ucnoqta.az
www.ucnoqta.az

NATO-nun baş katibi Ərdoğanı təbrik edib

10:05 - 29 May 2023 tarixində dərc olunub.

NATO-nun baş katibi Yens Stoltenberq Rəcəb Tayyib Ərdoğanı Türkiyədə keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.

Ucnoqta.az xəbər verir ki, o, öz Tvitter səhifəsində təbrik yazıb. Təbrikdə deyilir:
“Prezident Ərdoğan, yenidən seçilməyiniz münasibətilə sizi təbrik edirəm. Mən birgə işimizi və iyulda Vilnüsdə keçiriləcək NATO sammitinə hazırlığımızı davam etdirməyi səbirsizliklə gözləyirəm”.

Müəllif: Ucnoqta.az redaksiyası