Ucnoqta.az
www.ucnoqta.az

Şabranda 65 yaşlı kişi itkin düşüb

09:43 - 29 May 2023 tarixində dərc olunub.

Şabran rayonunda 65 yaşlı kişi itkin düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Qələgah kənd sakini, 1958-ci il təvəllüdlü Ənvər Müslümov mayın 25-i saat 04:00 radələrində yaşadığı evdən "Mercedes" markalı avtomobil ilə çıxaraq naməlum istiqamətə gedib və indiyədək geri qayıtmayıb.

Müəllif: Ucnoqta.az redaksiyası