Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə seçkilərin II turunda səsvermə başa çatıb

18:05 - 28 May 2023 tarixində dərc olunub.

Türkiyədə prezident seçkilərinin II turunda səsvermə başa çatıb

Ucnoqta.az xəbər verir ki, səslərin sayılmasına başlanılıb. Prezident seçkilərinin ikinci turunda səsvermə saat 08:00-da başlayıb və saat 17:00-dək davam edib. Seçkilərin ikinci turunda prezidentliyə namizədlər Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu mübarizə aparır. İkinci turda təxminən 61 milyon seçici 191 884 seçki qutusunda səs verə biləcək.

Müəllif: Ucnoqta.az redaksiyası