Ucnoqta.az
www.ucnoqta.az

Tərtərdə sursat partlayıb, xəsarət alan var

17:25 - 27 May 2023 tarixində dərc olunub.

Tərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin əməkdaşı yaralanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər rayonunun Çaylı kəndi ərazisində tikinti şirkətlərinin birində çalışan, Neftçala rayon sakini 1986-cı il təvəllüdlü Əsgərov Mənsim Həsən oğlu kanal tikintisində işləyən zaman ərazidə olan sursatın partlaması nəticəsində sol əl nahiyəsindən xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası