Ucnoqta.az
www.ucnoqta.az

Yasamalda evdə meyit tapılıb

23:00 - 26 May 2023 tarixində dərc olunub.

Bakı şəhərinin Yasamal rayonunda evdə bir nəfərin meyiti tapılıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ucnoqta.az redaksiyası