Ucnoqta.az
www.ucnoqta.az

Şəhid atasının adından dələduzluq edən şəxs saxlanıldı - FOTO

18:00 - 26 May 2023 tarixində dərc olunub.

Vətən müharibəsi şəhidi Nicat Məmmədlinin şəkillərini paylaşaraq şəhid atasının adından vətəndaşları işə düzəltmək adı altında aldadaraq müxtəlif məbləğlərdə pullarını ələ keçirən Rizvan Qafarov saxlanılıb.

Bu barədə APA-ya Naxçıvan MR Daxili İşlər Nazirliyindən məlumat verilib.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası