Ucnoqta.az
www.ucnoqta.az

Bakıda gecə klubunda dava: Oğlanla qız döyüldülər

13:26 - 24 May 2023 tarixində dərc olunub.

Bakıda gecə klubunda dava olub.

Lent.az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Ə.Əlizadə küçəsində yerləşən gecə klubunda qeydə alınıb.

Klubda əylənən şəxslər arasında düşən davada 2 nəfər - Çingiz İsmayılov və bir qadın döyülüblər. Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi tərəfindən araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası