Türkiyənin ATV telekanalında yayımlanan Oktay Kaynarçanın baş rol aldığı “Ben bu cihana sığmazam” dizisində Azərbaycanın xəritəsi səhv göstərilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə öz feysbuk səhifəsində Turan Araşdırma Mərkəzi İB-nin sədri Cavid İsmayıl yazıb. O, qeyd edib ki, Naxçıvan xəritədə Azərbaycan ərazisi kimi qeyd edilməyib:
"A tv Türkiyədən "Ben bu cihana sığmazam" dizisinə baxıram. Diqqətimi bu səhnədə Türkiyə və Azərbaycanın xəritəsi çəkdi. Məsələ ondadır ki, Azərbaycanın xəritəsində Naxçıvan göstərilməyib. Belə məsələlərə təbii ki, təsadüfi hal kimi baxmıram. Bütün bu məsələlərdə mütləqdir ki, Türk düşmənlərinin barmağı var. Bu baxımdan bu məsələ mütləq araşdırılmalı və dizinin məsul şəxsləri Azərbaycan və Türkiyədən üzr istəməlidir.
Biz əbədiyyətə qədər bir millət, iki dövlət, tək yumruquq!"