Ucnoqta.az
www.ucnoqta.az

Hollandiya Ukrayna üçün 260 milyon avro ayıracaq

23:40 - 23 May 2023 tarixində dərc olunub.

Hollandiya Ukrayna üçün sursatların birgə alınması üçün 260 milyon avro ayıracaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Ölkənin hərbi departamentinin rəhbəri Kaysa Ollonqren Aİ müdafiə nazirlərinin Brüsseldə keçirilən iclasından sonra dövlətin Ukraynaya birgə mərmi alınması üçün 260 milyon avro ayıracağını bildirib. 

Niderlandın Kiyevə hərbi yardımın məbləği artıq 1,2 milyard avroya çatıb.

Müəllif: Ucnoqta.az redaksiyası