Mayın 25-də Minskdə Belarusun müdafiə naziri Viktor Xreninin sədrliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.
Ucnoqta.az xəbər verir kmi, bu barədə TASS-a KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov bildirib.
"Mayın 25-də Minskdə Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xreninin sədrliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək”, - deyə o bildirib.
Görüş zamanı KTMT-nin kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin komanda-nəzarət orqanlarının və birləşmələrinin birgə hazırlığı, hərbi-texniki əməkdaşlıqla bağlı sənədlərə baxılması planlaşdırılır.