Ucnoqta.az
www.ucnoqta.az

Sabirabadda evdən külli miqdarda pul oğurlayan şəxs saxlanılıb

12:28 - 23 May 2023 tarixində dərc olunub.

Sabirabad şəhəri ərazisindəki evlərin birindən 9000 manat və 7000 ABŞ dolları oğurlanması barədə polisə məlumat daxil olub.

Ucnoqta.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, oğurluqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş E.Abbasov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası