Ucnoqta.az
www.ucnoqta.az

Bakıda zəncirvari qəza: Altıdan çox maşın tuneldə toqquşdu - VİDEO

18:38 - 22 May 2023 tarixində dərc olunub.

Paytaxtda zəncirvari qəza baş verib.

Baku.ws-in məlumatına görə, hadisə 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən tuneldə qeydə alınıb.

Belə ki, qəza zamanı 6-dan çox maşın bir-birinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası