Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə "Gelandewagen" aşıb - FOTO

12:57 - 22 May 2023 tarixində dərc olunub.

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes-Benz Gelandewagen” markalı minik maşını idarəetmədən çıxaraq arxadan "VAZ 2106"-ya çırpılıb. Daha sonra “Gelandewagen” yoldan çıxaraq aşıb. Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobil yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası