Ucnoqta.az
www.ucnoqta.az

5 nəfərin öldüyü qəza yerindən görüntülər - VİDEO

10:21 - 22 May 2023 tarixində dərc olunub.

Bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində “Kia” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1-i azyaşlı olmaqla 5 nəfər vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, xəsarət alan 1 nəfər Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası