Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə dönərxanada yanğın olub

09:40 - 21 May 2023 tarixində dərc olunub.

Gəncə şəhərində ümumi sahəsi 88 m² olan birmərtəbəli obyektin (dönərxana kimi fəaliyyət göstərir) mətbəxində 1 ədəd kondisioner, 1 ədəd qaz sobası, 1 ədəd toster aparatı qismən və mətbəx mebeli 2 p.m yanıb.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası