Ucnoqta.az
www.ucnoqta.az

Hacıqabulda həyətində xaşxaş yetişdirən şəxs saxlanıldı -  FOTO

08:46 - 20 May 2023 tarixində dərc olunub.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həyətində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən rayon sakini Mehman Əlihüseynov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən və yaş çəkisi 7 kiloqram olan 22 ədəd xaşxaş bitkisi aşkar edilərək götürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası