Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-da Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi üzrə qanun layihəsi hazırlanır

11:30 - 18 May 2023 tarixində dərc olunub.

ABŞ-da Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi üzrə qanun layihəsi hazırlanır

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-ın Texas ştatından olan senatoru, Respublikaçılar Partiyasının üzvü Ted Kruz Hudson İnstitutunda çıxışı zamanı bildirib. Senator Rusiya və İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin hazırlandığını açıqlayıb. Bu, iki ölkə arasında hərbi-texniki sahədə gələcək əməkdaşlığı dayandırmalıdır. 

Senator izah edib ki, qanun layihəsi Moskva və Tehranın istifadə etdiyi “banklara, tankerlərə, təyyarələrə və hava limanlarına, gəmilərə və tərsanələrə qarşı” artıq tətbiq edilmiş sanksiyalara nəzarətin gücləndirilməsini nəzərdə tutur.

Bundan əlavə, İranın milyardlarla dollarlıq aktivlərinin dondurulması və Ukraynaya kompensasiyanın ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası