Ucnoqta.az
www.ucnoqta.az

Paşinyanın oğlunu belə oğurlamaq istəyiblər - VİDEO

20:10 - 17 May 2023 tarixində dərc olunub.

Ermənistanın Baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanması cəhdinin görüntüsü yayılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, videodan Aşot Paşinyanın avtomobildən özünü atdığı görünür.

Qeyd edək ki, Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhd edilib. Hadisə bu gün saat 15:00 radələrində Paşinyanın evinin qarşısında qeydə alınıb. Ermənistan İstintaq Komitəsi Nikol Paşinyanın oğlunun oğurlanmasına cəhdlə bağlı (adam oğurluğu maddəsi) cinayət işi açıb.

Müəllif: Ucnoqta.az redaksiyası