Ucnoqta.az
www.ucnoqta.az

Daşkəsəndə kişi ağac kəsən zaman faciəli şəkildə öldü

10:18 - 17 May 2023 tarixində dərc olunub.

Daşkəsəndə kişi bədbəxt hadisə nəticəsində ölüb.

APA xəbər verir ki, hadisə Astaf kəndində yerləşən meşə massivində qeydə alınıb.

1993-cü il təvəllüdlü Səməd Həsənov meşədə ağac kəsən zaman budaq qırılaraq başına düşüb. Nəticədə Səməd Həsənov ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası