Ucnoqta.az
www.ucnoqta.az

Tokayev yubileyi qeyd etməkdən imtina edib

15:20 - 15 May 2023 tarixində dərc olunub.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev 70 illik yubileyini qeyd etməkdən imtina edib

Ucnoqta.az xəbər verir ki, Bu barədə onun mətbuat katibi Ruslan Jeldibai məlumat verib. Bildirilib ki, dövlət başçısı mayın 17-ni adi iş rejimində keçirəcək.

“Bununla bağlı hər hansı tədbirin planlaşdırılmadığını bildiririk. Prezident belə tədbirləri dəstəkləmir”, – o, deyib.

Jeldibay qeyd edib ki, mayın 17-də Qazaxıstan prezidenti iş qrafikinə uyğun olaraq görüş keçirəcək. Bu gün Tokayevin Çinə dövlət səfəri başlayacaq, burada analoji olaraq ad günü tədbirləri planlaşdırılmır.

Müəllif: Ucnoqta.az redaksiyası