Ucnoqta.az
www.ucnoqta.az

Mingəçevirdə yaşayış binasında yanğın olub, bir nəfər xilas edilib

23:06 - 14 May 2023 tarixində dərc olunub.

Mingəçevirdə yaşayış binasında yanğın olub, bir nəfər xilas edilib.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 52 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd masa, 1 ədəd ütü və pərdə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib.

Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası