Ucnoqta.az
www.ucnoqta.az

Şamaxıda iki nəfər dəm qazından zəhərləndi

18:25 - 14 May 2023 tarixində dərc olunub.

Şamaxıda iki nəfər dəm qazından zəhərlənib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin M. Bayramov küçəsində baş verib.

Həmin ünvanda yaşayan 1982-ci il təvəllüdlü Əliyev Fizuli Vahid oğlu və 1986-cı il təvəllüdlü Əliyeva Aygün Mirşah qızı yaşadıqları ünvanda dəm qazından zəhərləniblər.

Xəstələr Şamaxı rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, lazımi tibbi yardım göstərilib və vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası