Ucnoqta.az
www.ucnoqta.az

"Məqsədimiz daha irəli getməkdir" - Qurban Qurbanov

23:21 - 13 May 2023 tarixində dərc olunub.

“Futbolçularıçmı təbrik edirəm. Sevinirəm ki, bu il bunu bacardılar”.

Oxu.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının 2022/23 mövsümünün qalibi olması ilə bağlı danışarkən deyib. Təcrübəli mütəxəssis səfərdə “Səbail”i 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra komandası ilə fəxr etdiyini bildirib:

“Futbolçular mövsümün əvvəlindən bu günə kimi hər matça çempionluq istəyilə çıxdılar. Azarkeşlərimizi təbrik edirəm. Komandam, futbolçularımla fəxr edirəm”.

Təcrübəli çalışdırıcı Çempionlar Liqasında daha irəli getmək istədiklərini söyləyib:

“İndidən avrokuboklardakı hədəf barədə danışa bilmərik. Məqsədimiz daha irəli getməkdir. Komandanı necə hazırlaşdıra biləcəyik, bunu demək çətindir. Bəzi dəyişikliklər etmək planlarımız var. Heyətimizi genişləndirməyə çalışacağıq. Daha irəli getmək istəyirik”.

Müəllif: Ucnoqta.az redaksiyası