Ucnoqta.az
www.ucnoqta.az

Şəhid Məhəmməd Qarayev Qəbələdə dəfn olunacaq - FOTO

08:53 - 13 May 2023 tarixində dərc olunub.

Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu Qəbələ şəhərinin sakini idi.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, o, bu gün Qəbələ şəhərində dəfn olunacaq.

2001-ci il təvəllüdlü Məhəmməd Qarayev evin tək oğlu olub.

Müəllif: Ucnoqta.az redaksiyası