Ucnoqta.az
www.ucnoqta.az

Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Ukraynaya səfər edəcək

14:09 - 12 May 2023 tarixində dərc olunub.

Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui gələn həftə Ukraynaya səfər edəcək

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbi deyib. Onun sözlərinə görə, bundan əlavə, Li Hui "Ukrayna böhranının həllini bütün tərəflərlə" müzakirə etmək üçün Fransa, Almaniya və Rusiya Federasiyasına da səfər edəcək.

“Çin nümayəndələrinin müvafiq ölkələrə səfəri Çinin sülh tərəfdarı olduğunu tam şəkildə nümayiş etdirərək, danışıqları razı salmaq və asanlaşdırmaq öhdəliyinin növbəti təzahürüdür”, - deyə spiker bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası