Ucnoqta.az
www.ucnoqta.az

Şəhid hərbçi Ağstafada dəfn olundu

12:07 - 12 May 2023 tarixində dərc olunub.

Azərbaycan Ordusunun ötən gün Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbçisi Orxan Novruzəlizadə Ağstafada dəfn olunub.

Ucnoqta.az APA-ya istinadla xəbər verir ki, şəhid anadan olduğu Xətai kəndində, kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimdə şəhidin yaxınları, hərbçilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.

Müəllif: Ucnoqta.az redaksiyası