Ucnoqta.az
www.ucnoqta.az

Daşkəsənə dolu yağıb

21:00 - 11 May 2023 tarixində dərc olunub.

Gəncə və ətraf rayonlarında höküm sürən qeyri-sabit hava şəraiti nəticəsində Daşkəsən rayonuna dolu yağıb.

APA xəbər verir ki, bu gün axşam saatlarında leysan yağışdan sonra təxminən 10-15 dəqiqə ərzində rayonun Dəsdəfur kəndinə dolu düşüb.

Həmçinin güclü yağış nəticəsində Quşçu kəndinə sel gəlib.

Hazırda Qərb bölgəsində yağışlı hava şəraiti davam edir.

Müəllif: Ucnoqta.az redaksiyası