Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda azyaşlı qardaş-bacı zəhərləniblər

19:09 - 11 May 2023 tarixində dərc olunub.

Biləsuvarda azyaşlı qardaş-bacı zəhərləniblər.

“Report”un məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində yerləşən evlərdən birində qeydə alınıb.

Belə ki, 1 və 3 yaşlı qardaş-bacı zəhərlənmə əlamətləri ilə rayon xəstəxanasına gətiriliblər. Onlara lazımi tibbi yardım göstərilib.

Azyaşlıların dərmandan zəhərləndikləri bildirilir.

Müəllif: Ucnoqta.az redaksiyası