Ucnoqta.az
www.ucnoqta.az

Prezident Şuşada Atatürk küçəsinin lövhəsinin açılışını edib - FOTO

13:05 - 9 May 2023 tarixində dərc olunub.

Mayın 9-da Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına küçədə aparılacaq bərpa-yenidənqurma işləri, yaradılacaq ictimai-iaşə obyektləri barədə məlumat verib.

Bildirildi ki, küçənin uzunluğu 714 metr, eni isə 11 metrdir.

Dövlətimizin başçısı Atatürk küçəsinin lövhəsinin açılışını edib.

Müəllif: Ucnoqta.az redaksiyası