Ucnoqta.az
www.ucnoqta.az

Litvada NATO-nun 12 ölkəsinin hərbi təlimləri keçiriləcək

16:10 - 8 May 2023 tarixində dərc olunub.

Litvada NATO-nun 12 ölkəsinin hərbi təlimləri keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Litva ordusunun komandanlığından bildirilib.

İki həftə davam edəcək təlimlərdə Litvadan 3500-ə yaxın əsgər və 600 hərbi texnika iştirak edəcək.

Qeyd olunur ki, təlimlərdə Belçika, Çexiya, Böyük Britaniya, ABŞ, Kanada, Xorvatiya, Polşa, Lüksemburq, Hollandiya, Norveç, Portuqaliya və Almaniyadan olan əsgərlər iştirak edəcək.

Müəllif: Ucnoqta.az redaksiyası