Ucnoqta.az
www.ucnoqta.az

Abşeronda ana və azyaşlı övladını avtomobil vurub, ölən var

09:37 - 5 May 2023 tarixində dərc olunub.

Abşeronda ana və azyaşlı övladını avtomobil vurub.

APA xəbər verir ki, 1984-cü il təvəllüdlü Allahverdiyev Vüqar Vidadi oğlu idarə etdiyi “Hyundai HD 35” markalı avtomobillə yolu keçən piyada 1996-cı il təvəllüdlü Əzməmmədova Əfsanə Aydın qızını vurub.

Nəticədə piyada Ə.Əzməmmədova ölüb, həmin vaxt sonuncunun qucağında olan 2020-ci il təvəllüdlü Əzməmmədova Aylin Murad qızı xəsarət alıb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası