Ucnoqta.az
www.ucnoqta.az

Zakir Həsənov Lentsovu qəbul edib

15:06 - 4 May 2023 tarixində dərc olunub.

Mayın 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsovu qəbul edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə MN məlumat yayıb.
Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti müzakirə olunub.

Müəllif: Ucnoqta.az redaksiyası