Ucnoqta.az
www.ucnoqta.az

Əfqanıstanda 5,6 bal gücündə zəlzələ baş verib

14:15 - 3 May 2023 tarixində dərc olunub.

Əfqanıstanın şimal-şərqində 5,6 bal gücündə zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların ocağı 198 km dərinlikdə yerləşirdi.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası