Ucnoqta.az
www.ucnoqta.az

Neftin qiyməti ucuzlaşıb

11:57 - 3 May 2023 tarixində dərc olunub.

Londonun ICE birjasında Brent markalı neftin qiyməti martın 27-dən bəri ilk dəfə bir barel üçün 75 dollara düşüb.

Ucnoqta.az xəbər verir ki, ticarət məlumatlarına əsasən, ICE London birjasında Brent markalı neftin iyul fyuçers müqaviləsinin qiyməti 27 mart 2023-cü ildən bəri ilk dəfə olaraq bir barel üçün 75 dollara düşüb.

Belə ki, Brent markalı neftin qiyməti 0,31% ucuzlaşaraq 75 dollar/barelə bərabər olub.

 Eyni zamanda, WTI markalı xam neftin iyun fyuçersləri 0,87% ucuzlaşaraq bir barel üçün 71,02 dollar olub.

Müəllif: Ucnoqta.az redaksiyası