Ucnoqta.az
www.ucnoqta.az

Hikmət Cavadova Ukraynada yüksək vəzifə verildi

11:42 - 3 May 2023 tarixində dərc olunub.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Hüquq elmləri doktoru Hikmət Cavadov Ukraynada yüksək vəzifəyə təyin olunub. 

XəzərNews.az xəbər verir ki, Hikmət Cavadov Ukrayna Ali Radası sədrinin müşaviri vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, Hikmət Əlövsət oğlu Cavadov 1982-ci ildə Bakı şəhərində anadan olub.

1998-ci ildə orta məktəbi, daha sonra isə Bakı Dövlət İniversitetinin hüquq fakültəsinin bakalavr və magistr pillələrini fərqlənmə diplomları ilə başa vurub.

Ali təhsil aldığı dövrdə fakültənin tələbə həmkarlar təşkilatının sədri, fakültə elmi şurasının üzvü olub.

Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) V.M.Koretskiy adına Dövlət və Hüquq İntitutunda 2008-ci ildə hüquq elmləri namizədi, 2018-ci ildə hüquq elmləri doktoru elmi dərəcəsini alıb.

Hazırda UMEA-nın Dövlət və Hüquq İnstitutunun böyük elmi işçisi vəzifəsində çalışır. İki elmi monoqrafiyanın, 40-dan çox elmi məqalənin müəllifidir. 

Müəllif: Ucnoqta.az redaksiyası