Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə, Rusiya, Suriya və İran XİN rəhbərləri mayın 10-da Moskvada görüşə bilər - Çavuşoğlu

11:34 - 3 May 2023 tarixində dərc olunub.

Mayın 10-da Moskvada Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin dördtərəfli görüşü baş tuta bilər.

Ucnoqta.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalının efirində deyib.

"Əvvəllər görüşlə bağlı Rusiya tərəfdən təkliflər almışıq. Bu gün biz görürük ki, mayın 10-da xarici işlər nazirləri səviyyəsində Moskvada görüş keçirilə bilər", - o deyib.

Müəllif: Ucnoqta.az redaksiyası