Ucnoqta.az
www.ucnoqta.az

Dağlıq rayonlara qar yağıb -  FAKTİKİ HAVA

10:16 - 3 May 2023 tarixində dərc olunub.

Faktiki hava açıqlanıb.

Bu barədə Ucnoqta.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib mayın 3-ü saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, dağlıq rayonlarda qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 8, Xınalıqda 6, Qrızda 3 sm olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 4-ü axşamadək davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Müəllif: Ucnoqta.az redaksiyası