Ucnoqta.az
www.ucnoqta.az

Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik üç ay uzadılıb

17:07 - 2 May 2023 tarixində dərc olunub.

Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün uzadılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Ali Radanın deputatı Yaroslav Jeleznyak bildirib. 

“Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti 2023-cü il mayın 20-si 90 gün müddətinə, yəni 2023-cü il avqustun 18-dək uzadılıb”, – o, Teleqram kanalında yazıb.

Parlamentarinin sözlərinə görə, bu, Radanın hərbi vəziyyətin uzadılması üçün verdiyi yeddinci səsdir.

Qeyd edək ki, bazar ertəsi Ukrayna prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərlik müddətinin üç ay uzadılmasına dair qanun layihələrini parlamentə təqdim edib.

Müəllif: Ucnoqta.az redaksiyası