Ucnoqta.az
www.ucnoqta.az

Tokayev Makronu Qazaxıstana səfərə dəvət edib

17:00 - 2 May 2023 tarixində dərc olunub.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fransalı həmkarı Emmanuel Makronu onun üçün əlverişli olan vaxtda respublikaya dövlət səfərinə dəvət edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti Astanada xarici ticarətə məsul nazir-nümayəndə, Qazaxıstan-Fransa hökumətlərarası komissiyasının həmsədri Olivye Bext ilə görüşündən sonra məlumat verib.

"Prezident Emmanuel Makrondan xüsusi mesajla gəldiniz. Xahiş edirəm, ona ən xoş arzularımı və səmimi hörmət sözlərimi çatdırın. Biz onun üçün əlverişli olan istənilən vaxt onu burada dövlət səfərində görməkdən şad olarıq. İnanıram ki, bu səfər bir çox sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığımızın inkişafına ciddi təkan verəcək səfərdir. Fransa bizim Avropada ən böyük tərəfdaşımızdır. Mən qəti şəkildə inanıram ki, bizim gələcək əməkdaşlıq üçün böyük imkanlarımız var”, - deyə Tokayev bildirib.

O, həmçinin Fransa biznesinin Qazaxıstan bazarında, xüsusilə neft-kimya, yaşıl enerji, aviasiya və istehsal, nəqliyyat və logistika sahələrində daha geniş iştirakı üçün bütün lazımi şəraiti təmin etməyə hazır olduğunu bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası