Ucnoqta.az
www.ucnoqta.az

Sudanın hərbi aviasiyası səmaya qaldırılıb, Xartumda döyüşlər gedir

15:57 - 2 May 2023 tarixində dərc olunub.

Xartumda ordu ilə Sudanın çevik reaksiya qüvvələri arasında döyüşlər davam edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Sudan hərbi təyyarələri Xartum üzərində səmaya qaldırılıb, tərəflər artilleriyadan atəş açır. “Əl-Cəzirə”nin məlumatına görə, Sudan silahlı qüvvələri paytaxt bölgəsinin şimal hissəsini təmizləmə əməliyyatı aparır. 

Şəhərdəki bütün xəstəxanalar fəaliyyətini dayandırıb. 

Müəllif: Ucnoqta.az redaksiyası