Ucnoqta.az
www.ucnoqta.az

"Xudavəng monastrında olan erməni keşişlər oranı tərk etməlidir" - Mübariz Qurbanlı

14:04 - 2 May 2023 tarixində dərc olunub.

"Xudavəng monastrında olan erməni keşişlər oranı tərk etməlidir".

Ucnoqta.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, səbəb onların monastra aidiyyətlərinin olmamasıdır: "Əminəm ki, onlar oradan çıxıb gedəcəklər. Xudavəng monastrı Qafqaz Albaniyasına məxsus abidədir. Gec-tez Alban-udi icması tərəfindən hər şey yoluna qoyulacaq. Ermənilərin ora aidiyyəti yoxdur".

Müəllif: Ucnoqta.az redaksiyası