Ucnoqta.az
www.ucnoqta.az

Dünyanın ən populyar brauzerlərinin adları açıqlanıb - Siyahı

11:02 - 2 May 2023 tarixində dərc olunub.

Ən populyar brauzerlərin reytinqinə 66,13% böyük bazar payına malik olan Google Chrome başçılıq edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Statcounter statistikasına istinadən 9to5Mac portalı məlumat yayıb.

Bir neçə ildir ki, İkinci və üçüncü yerlərə gəlincə, vəziyyət hər il dəyişir - əgər keçən il Edge Apple-ın brauzerini ötübsə, bu il o, yalnız ilk 3-lüyə düşməklə kifayətlənə bilər. Safari bazarın 11,87%-ni, Microsoft Edge isə cəmi 11%-ni təşkil edib.

Dördüncü yerdə Mozilla Firefox (5,65%), beşinci yerdə Opera (3,09%), altıncı yerdə isə Internet Explorer (0,55%) qərarlaşıb.

Müəllif: Ucnoqta.az redaksiyası