Ucnoqta.az
www.ucnoqta.az

Masazırda restoran yanıb

10:39 - 2 May 2023 tarixində dərc olunub.

Abşeron rayonunda restoranda yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, rayonun Masazır qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli restoranın mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 20 m² sahədə yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası