Ucnoqta.az
www.ucnoqta.az

Ucarda ikimərtəbəli ev yanıb

22:54 - 1 May 2023 tarixində dərc olunub.

Ucar rayonunda ikimərtəbəli ev yanıb.

Ucnoqta.az xəbər verir ki, ümumi sahəsi 500 m² (hər mərtəbəsi 250 m²) olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsinin 1 otağında 1 ədəd televizor və 1 ədəd divan yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası